...

Heydər Əliyev hər birimizin sağlığına badə qaldırıb-xalq artisti Arif Məlikov

Cəmiyyət Materials 6 May 2008 17:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /müx. TrendLife Eldar Hüseynzadə

Bu gün Bakı Musiqi Akademiyasında ümumilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. TrendLife-ın verdiyi xəbərə görə, konfrans zalında tanınmış musiqiçilər, xalq artistləri, BMA-nın professorları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan BMA-nın rektoru Fərhad Bədəlbəyli Heydər Əliyevlə görüşü barədə danışdı. Xalq artisti Arif Məlikov isə ümumilli liderlə tanışlığını bu cür ifadə etdi. "Heydər Əliyevlə 60-cı illərin əvvəllərində tanış olmuşdum. O vaxtlar mədəniyyət xadimləri Zağulbada dincəlirdilər. O, da ora gəlmişdi. Həftədə iki-üç dəfə onunla görüşüb, söhbət edirdik. Söhbət zamanı H. Əliyev mədəniyyətə olan marağını gizlətmirdi. Azərbaycanın birinci katibi seçilən kimi iqamətgahında bizimlə görüş keçirtdi. Hər birimizin sağlığına badə qaldırdı. O, hər dəfə məni özü ilə xarici səfərlərə aparırdı".

Xuraman Qasımova da öz xatirələrini belə xatırladı.

"Heydər Əliyev mədəniyyət xadimlərini çox sevirdi. O, bizə həddindən artıq dəyər verirdi".

.

Xəbər lenti

Xəbər lenti