...

Müğənni Xumar Qədimova yazın ritmi ilə çalışır

Cəmiyyət Materials 26 May 2008 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may /müx. TrendLife Günel Əhmədova

Yazın gəlişi daha çox müğənni Xumra Qədimovanın əhvalına təsir edib. Müğənninin TrendLife-a bildirdiyinə görə, "Mənim gülüm" adlanan mahnının Fuad Əlişovun rejissorluğu ilə aparılan klip çəkilişləri yekunlaşmaq ərəfəsindədir. Cəlal Qurbanovun sözlərinə Xumar xanımın yazdığı musiqi nömrəsinin efir versiyası yazın ovqatını özündə əks etdirib. Müğənninin fikrincə, klipi izləyən hər bir tamaşaçı yüksək əhval-ruhiyyəyə sahib olacaq. Xumar xanım ekran işində vətənpərvər elementlərin olduğunu da sözünə əlavə edib.

Xəbər lenti

Xəbər lenti