...

Elariz Məmmədoğlu İçəri Şəhər haqqında oxuyacaq

Cəmiyyət Materials 4 İyun 2008 11:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyun /TrendLife müx. Günel Əhmədova

Gərgin qrafiklə yaradıcılıq işlərini davam etdirən müğənni Elariz bu günlərdə dinləyici auditoriyasına yeni albomunu təqdim edib. "İlkin" studiyasının ərsəyə gətirdiyi albomda müğənninin repertuarında yer alan Eldar Mansurov, Nadir Əzimov, Elvin Musayev və digər bəstəkarların 10-a yaxın mahnılarıdır.

Xatırladaq ki, mahnılardan biri həm də karaoke şəklində CD-ə daxil olunub. Hazırda müğənni Eldar Mansurovla olan işbirliyini davam etdirir. Onun TrendLife-a bildirdiyinə görə bu işbirliyi ərəfəsində müğənni bəstəkarın "İçəri şəhər"ə həsr olunmuş mahnısını da ifa edəcək: "Hər ikimiz İçəri Şəhərdə doğulub, boya-başa çatmışıq. Bu səbədən də qərara gəlmişik ki, doğma İçəri Şəhər haqqında mahnı ərsəyə gətirək. Bu, hətta romans da ola bilər".

Az müddət əvvəl musiqisi Nadir Əzimova, sözləri Bəxtiyar Qaracaya aid olan "Əllərinlə qucaqla" adlı mahnısına klip çəkdirən Elariz Məmmədoğlu bildirdi ki, bu günlərdə montaj işləri bitəcək. Ənənəsinə sadiq qalan Elariz yeni klipini əvvəlcə jurnalistlərin müzakirəsinə çıxardıqdan sonra, telekanallarda dövriyyəsinə start verəcək.

Hər ilin yay istirahətini bu ərəfələrdə həyat keçirən müğənni, bu dəfə ənənəsini pozub. Onun bildirdiyinə görə, toyların az olduğu may ayında o, ailəsi ilə birlikdə ölkədən kənarda istirahət edir. Yaradıcılığını ciddiləşdirən E.Məmmədoğlu bu niyyətini iyul-avqus aylarınnın birində həyata keçirəcək: "Yayda mütləq həyat yoldaşımla ya İtaliyaya, ya da İspaniyaya getməyi düşünürəm. Əminəm ki, bu dəfəki istirahətimiz də Fransada və digər ölkələrdə olduğu kimi maraqlı keçəcək".

Xəbər lenti

Xəbər lenti