Azərbaycan, Bakı, 09 iyun/TrendLife müx. Eldar Hüseynzadə/
"Yeni dalğa" prodüsser mərkəzi Azərbaycanın ərazisində yaşayan nadir heyvanlara həsr olunmuş teleserialın çəklişlərini davam etdirir. Çəkliş prosesində onlar təbiətə vəhşi münasibət faktları ilə toqquşublar. Bu haqda TrendLife-a mərkəzin direktoru Rasim Həsənov xəbər verib. "Biz bu yaxınlarda imperator qartalı haqqında növbəti bölümün çəklişlərini apardıq. Bu fövqaladə nadir heyvan Qırmızı kitaba düşüb. Xoşbəxtlikdən bu quşlar Azərbaycanda hələ də qorunub. Son çəklişlər zamanı qorxulu bir səhnənin şahidi olduq. Qartalın yuvası darma-dağın edilmişdi. Düzdür, yuvada yumurtalar qalmışdı, lakin onlar ana qartal olmadan yumurtadan çıxacaqlar. Bilmirəm ki, bunu hansı məqsəd üçün ediblər. Bəlkə də bizim çəklişlər kiməsə mane olurmuş, yada kimisə bu nadir heyvana tələ qoymaq qərarına gəlibmiş",-R. Həsənov söyləyib.
Çəklişlərin harada getməsini isə prodüsser söyləmədi. "Biz bu çəklişləri çox ehtiyatla apardıq. Qartal-çox qorxulu və həssas quşdur. O demək olar ki, hər xırda səsi duyur. Biz bir neçə gün çəklişlər apardıq. Sonradan yuvanın dağıldığını görəndə, yeni qartal yuvası axtarmağa başladıq. Bu da çox çətindir. Axı, onlar azdırlar. Çəklişlərimizin məqsədi filmin satışı ilə pul qazanmaq deyildir. Məqsədimiz cəmiyyətin bu nadir heyvan haqqında çox şeylər öyrənməsidir. Onların yuvasını dağıtmaq yox, qoruyub, saxlamaq lazımdır,- R. Həsənov sonda əlavə edib.