Azərbaycan, Bakı, 12 iyun /TrendLife müx. Nigar Musayeva/
Hər birimizin yaddaşlarında uşaqlıqdan sirk isti xatirə kimi qalıb. Düzdür, artıq böyüsəkdə, amma pərdə arxası olanlar indi də bizi maraqlandırır. Elə deyilmi? TrendLife-ın bugünkü qonağı heyvan öyrədənlər Edqor və Askold Zapaşnılar qardaşlarıdır.
-Bizə məlumdur ki, siz nə vaxtsa Azərbaycanda yaşamısınız. Bakı ilə bağlı hansı xatirləriniz var?
-İkinci sinfi Bakıda oxumuşuq. İndiyənə qədər Sirkin yerləşdiyi yer yadımdadır. Bu yeganə sirk idi ki, atamız gün ərzində dörd dəfə tamaşa ilə çıxış edirdi. İlk dəfə Bakıda atamın ən yaxın dostunun qızı ilə öpüşmüşəm.
-Azərbaycana qastrol etməyə hazırlaşmırsınız?
-Hələki yox. Həm son on beş ildə Azərbaycandan bizə təklif gəlməyib. Açığı heç bilmirik ki, sizin sirkiniz nə vəziyyətdədir. Gedən söh-söhbətdən aydın olur ki, heç də pis deyil. İnşallah, gələrik.
-Deyəsən atanız sizinlə çox sərt olub... Bəs, siz necə məcbur olanda heyvanlar və ya insanlarla sərt ola bilirsiniz?
-Əgər sizə it hücum edibsə, ondan birtəhər qaçıb, canınızı qurtarmalısınız. Sonradan onu tənbeh etmək lazımdır ki, bir də elə şey etməsin. Anamızdan fərqli olaraq, atamız hər zaman bizimlə sərt olub. O, həmişə bizi məşqlərdə gec hərəkət etdiyimizə, dərslərdə diqqətsiz olduğumuza görə tənbeh edib. Bunlarla yanaşı bizi ərköyün böyüdürdü. İndi biz valideynldərimizi nəinki sevir, həm də hörmət edirik. Uşaqlarımız olmasa da, heyvanlarla hər zaman ünsiyyətdəyik. Atamız bizə onlarla hansı dildə, necə danışmağı öyrədib.
-Deyilənlərə görə, sirk artistləri öz həmkarları ilə ailə qururlar...
-Anamız sirk artistkası deyil. Əgər aşiqsənsə, ancaq sevinmək lazımdır. Zaman hər şeyin gözəl göstəricisidir.
-Siz özünüzü şou-biznes aləmində necə hiss edirsiniz? Rahatdır?
-Sirk şou-biznesdir. Biz əvvəldən bu məkanın içindəyik. Elə məkanlar var ki, biz ora getmirik. Mərasimlərdə xoşumuza gəlməyən insanlar olanda iştirakdan imtina edirik. Şou-biznesdə dostlarımız da var. Soso Pavliaşvili, Alla Dovlatova, Valeriy Kipelov, Jenya Dyatlov, Saşa Peskov və.s
-Necə düşünürsünüz, əhilləşdirdiyiniz heyvanlar sizi sevir, yoxsa qorxur, itaət edir?
-Əgər yırtıcı sənə aşiqdirsə, onda bəxtiniz gətirib. Biz heyvanlarla dostuq. Martin şiri ilə isə sevgi yaşayırıq.
-Siz çıxışlarınızdan sonra necə dincəlirsiniz? Yaya olan planlarınız haqqında danışardınız...
-Biz qardaşımla artıq yayın əvvəlində Almaniyaya dörd günlük səyahət etdik. Səyahət çərçivəsində oradakı klinikaların birində özümüzü müayinə etdirdik. İndi isə Ulyanovskda işləyirik. İyulun əvvəlində isə ikihəftəlik məzuniyyət götürüb, Bryanska gedəcəyik.
-Heyvan öyrətmə incəsənətiniz sizə insanlarla ünsiyyətinizdə köməklik edir?
-Qardaşım Askold deyir ki, hə, amma mən heç nə hiss etmirəm.
-Həyatda ən çox nədən qorxursunuz?
-Yaxınlarımın və öz heyvanlarımın ölümündən. Əlacsızlıqdan, acızlikdən...
-Yeni layihə üzərində işləyirsiniz. Bir az bu haqda danışardınız.
-İlin sonunda Lujnikda özümüzün yeni məhsulunu təqdim edəcəyik.
-Gələcəkdə övladlarınızın sizin yolunuzu davam etdirməsini istərdinizmi?
-Bəli.
-Ümumiyyətlə, mətbuatın diqqətindən yorulmamısınız?
-Biz elə buna da nail olmaq istəyirdik. Çünki indi başa düşürük ki, məhz mətbuat bizi tanınmış edir.
-Edqar, deyirlər ki, siz striptiz-klublara gedirsiniz... Elə məkanlarda tez-tez olursunuz?
-Ayda bir dəfə. İndi tez-tez alınmır. Sirk çox vaxt aparır. Bəs Azərbaycanda seks mədəniyyətində işlər necədir?
-Siz gəlin, əyləncə üçün şərait tapılar... Bəs, siz özünüzə nəyi rəva görmürsünüz?
-Qadına əl qaldırmağı. Hərçənd ki, bunu bir neçə dəfə etmək istəmişəm.
-Sizin arzularınızın qadını necə olmalıdır? Sevdiyiniz xanıma görə hansı qeyri-adi əmələ hazırsınız?
-O, mənimlə görüşə tələsirdi. Yol isə uzun idi. Polisə pul verdim ki, Moskvanın mərkəzində yol hərəkətini dayandırsın. Çox gözəl alınmışdı. O ki, qaldı arzularımın xanımına, belə olmur. Belə olsa, "Sevgi formulası" filmində Alyeşaya oxşayarsan.
-Nə vaxtsa düşünmüsünüz ki, vətəninizi birdəfəlik atıb, xaricdə öz karyeranızı qurasınız?
-1992-ci ildən 1996-cı ilə qədər Çində yaşamışıq. Bu məcburi gediş olub. Çünki o vaxt ölkəmiz yaxşı dövrlərini yaşamırdı.