...

Azərbaycanın futbol klubunun ilk transferi müdafiəçi olub

Cəmiyyət Materials 13 İyun 2008 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Karvan" futbol klubu "Standard" komandasının müdafiəçisi Tural Nərimanovla bir illik müqavilə bağlayıb. Bu barədə Trend -a "Karvan" klubunun mətbuat xidməti məlumat verib.

Azərbaycanın futbol üzrə Premyer-Liqasının son mövsümündə 23 xalla 11-ci yerdə qərarlaşan "Karvan" klubunun rəhbərliyi heyətdə böyük islahatlar aparıb. Mövsüm başa çatan kimi komandanı 10-dan artıq futbolçu tərk edib. Komandanın baş məşqçisi Yunis Hüseynov keçmiş heyətdən yalnız dörd futbolçunun - İlham Yadullayev, Əziz Quliyev, Eldar Hüseynov və Cavid Rəhimovun "Karvan"da qalmasına qərar verib. "Standard"dan transfer olunan Nərimanov "Karvan"ın sayca beşinci futbolçusu olub.

Klubun mətbuat xidmətinin bildirdiyinə görə, "Karvan"ın məşqçilər heyəti hələ ki, legioner futbolçuları transfer etməyə tələsmirlər. Komanda iyunun 20-də növbəti mövsümün hazırlığına start verəcək ki, yeni legionerlər də "Karvan"a həmin vaxt dəvət olunacaqlar. Yevlaxı təmsil edən komanda iyulun 5-də təlim-məşq toplanışı keçmək üçün Türkiyənin Bolu şəhərinə yollanacaq.

"Karvan" Azərbaycanın UEFA kubokunda mərhələ adlamış ilk və hələ ki, sonuncu komandasıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti