...

Azərbaycanın "Karvan" futbol klubu braziliyalı futbolçusunu geri qaytaracaq

Cəmiyyət Materials 25 İyun 2008 11:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Karvan" futbol klubu keçmiş oyunçusu Markus Fereyranı geri qaytarmağa hazırlaşır. Bu barədə çərşənbə günü Trend -a "Karvan" klubunun mətbuat xidməti məlumat verib.

Braziliyadan olan Fereyra Azərbaycan Premyer-Liqasının sonuncu mövsümündə Bakının "Neftçi" klubunda çıxış edib. Fereyra uzun müddət "Karvan"ın heyətində çıxış edərək, komandanın UEFA kubokunda mərhələ adlamasında iştirak edib. O, "Neftçi" klubuna ötən il transfer olunmuşdu. Braziliyalı yarımmüdafiəçi Azərbaycanın yığma komandasının heyətində də çıxış edib.

Mətbuat xidmətinin verdiyi məlumata görə, hazırda heyətində on bir futbolçu olan "Karvan"a yaxın günlərdə bir neçə braziliyalı legionerin baxışa dəvət olunacağı gözlənilir.

"Karvan" klubunun baş məşqçisi Yunis Hüseynovdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti