...

Azərbaycanın "Neftçi" klubu ilə oyundan əvvəl "Jerminal" son yoxlama oyununu keçirəcək

Cəmiyyət Materials 8 İyul 2008 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" klubunun UEFA-İntertoto kubokunun ikinci mərhələsində rəqibi olan Belçikanın "Jerminal" komandası bu gün yoxlama oyunu keçirəcək. Bu, "Jerminal"ın "Neftçi" ilə görüş ərəfəsində sonuncu sınaq oyunu olacaq.

Bakı vaxtı ilə saat 23.30- da başlayacaq oyunda "Jerminal" "Berçem Sports" klubu ilə qarşılaşacaq. Bu oyun "Jerminal"ın məşqçilərinə "Neftçi" ilə görüşdə start heyətini müəyyənləşdirməkdə kömək edəcək.

"Neftçi" iyulun 5 - də Belçikada "Jerminal"la keçirdiyi ilk oyunda 1:1 hesablı nəticə qazanıb.

Cavab görüşü iyulun 12-də, saat 21.00-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti