...

Azərbaycanın "Xəzər-Lənkəran" klubu keçmiş futbolçusunu baş məşqçi vəzifəsinə gətirə bilər

Cəmiyyət Materials 28 İyul 2008 11:05 (UTC +04:00)
Azərbaycanın "Xəzər-Lənkəran" klubu keçmiş futbolçusunu baş məşqçi vəzifəsinə gətirə bilər

Azərbaycan, Bakı, 28 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Xəzər-Lənkəran" klubu baş məşqçi vəzifəsinəTürkiyədən olan keçmiş futbolçusu Oqtay Dərəlioğlunu gətirə bilər. Bu barədə Trend -a sabiq futbolçuya yaxın mənbələr məlumat verib.

Trend -un arayışı: Hazırda "Xəzər-Lənkəran" komandasının baş məşqçisi Ağasəlim Mircavadovdur. Lənkəranı təmsil edən komanda UEFA kubokunun ilk oyununda Bakıda Polşanın "Lex" klubuna məğlub olduqdan (0:1) sonra Mircavadovun istefaya göndəriləcəyi barədə söz-söhbət yaranıb.

Türkiyənin məşhur futbolçularından olmuş Dərəlioğlu üç il əvvəl "Xəzər-Lənkəran"da futbolçu kimi çıxış edib. O, Azərbaycan klubundan ayrılandan sonra Türkiyənin aşağı liqa komandalarında oynayaraq futbolçu karyerasını başa vurub.

Məlumat verən mənbənin bildirdiyinə görə, Dərəlioğlunun "Xəzər-Lənkəran"ın baş məşqçisi təyin olunması "Lex"lə cavab oyununun nəticəsindən asılı olacaq.

"Lex" - "Xəzər-Lənkəran" görüşü iyulun 31-də Polşada keçiriləcək.

Xəbər lenti

Xəbər lenti