...

Türkiyə klubu ilə görüşəcək Azərbaycanın "Xəzər-Lənkəran" komandasının oyunu təxirə salınıb

Cəmiyyət Materials 13 Avqust 2008 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasında "Xəzər-Lənkəran" - "Turan" oyununun tarixi dəyişdirilib. Buna "Xəzər-Lənkəran"ın avqustun 16 -da Türkiyənin məşhur "Beşiktaş" klubu ilə yoldaşlıq görüşü keçirməyi planlaşdırması səbəb olub.

Trend -un arayışı: "Xəzər-Lənkəran"la "Beşiktaş" klubu arasındakı oyun avqustun 16-da Türkiyədəki "İsmət İnönü" stadionunda keçiriləcək. Bu oyun, "Beşiktaş"ın və "Xəzər-Lənkəran"ın keçmiş oyunçusu Oqtay Dərəlioğlunun futbolçu karyerasını bitirməsinə həsr olunub.

"Xəzər-Lənkəran" Premyer-Liqanın ikinci turunda, avqustun 16 -da Tovuzun "Turan" komandası ilə oynamalı idi.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) qərarına görə, "Xəzər-Lənkəran" - "Turan" görüşü sentyabr ayının 13 -nə təyin olunub.

Xəbər lenti

Xəbər lenti