...

Azərbaycanlı futbolçunun çıxış etdiyi Türkiyə klubu yeni oyunçu axtarışındadır

Cəmiyyət Materials 19 Avqust 2008 12:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanlı futbolçu İlqar Qurbanovun çıxış etdiyi Türkiyənin birinci liqa komandası olan "Boluspor" yeni oyunçu axtarışındadır. Bu barədə Türkiyə mətbuatı xəbər verib.

"Boluspor" klubunun məşqçiləri cərimə zərbələrindən qol vurmağı bacaran futbolçu axtarışındadırlar.

Türkiyə mətbuatının məlumatına görə, azərbaycanlı futbolçu "Boluspor"un məşqlərində cərimə zərbələrindən heç birini dəqiq yerinə yetirə bilməyib.

Qurbanov "Boluspor"a bir illik icarə əsasında Türkiyənin Superliqa komandalarından olan "Sivasspor"dan keçib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti