...

Azərbaycanın Mətbuat Şurasında "reket"jurnalistika ilə mübarizə Komissiyası yaradılıb

Cəmiyyət Materials 19 Sentyabr 2008 20:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycanın Mətbuat Şurasında "reket"jurnalistika ilə mübarizə Komissiyası yaradılıb. Cümə günü   Trend -a Şuradan verilən məlumata görə, bu barədə qərar İdarə Heyətinin cümə günü keçirilmiş iclasında qəbul edilib.

"İki sahil"qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə komissiyanın sədri seçilib.

İclasda Mətbuat Şurasına yeni üzvlər də qəbul edilib. Şuranın yeni üzvləri Məmməd Nazimoğlu adına söz azadlığı Fondu, Azərbaycanın Qadın Jurnalistlər Assosiasiyası, "Bizim yol", "Üç nöqtə"və Cəlilabad rayonunda nəşr edilən "Yeni gün"qəzetləri olub.

Azərbaycanın Mətbuat Şurası 2003-cü il martın 15-də jurnalistlərin I qurultayında yaradılıb. Struktur yarandığı gündən onun sədri Əflatun Amaşovdir.  

Xəbər lenti

Xəbər lenti