...

AFFA çimərlik futbolu üzrə Azərbaycan yığmasının üzvlərini mükafatlandırıb

Cəmiyyət Materials 23 Sentyabr 2008 12:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr / Trend , müxbir R.Ergün/ Bakıda keçirilən çimərlik futbolu üzrə Avropa kubokunda üçüncü yeri tutmuş Azərbaycan yığma komandasının üzvləri AFFA tərəfindən pulla mükafatlandırılıb. Bu barədə Trend -a AFFA-nın mətbuat xidməti məlumat verib.

Azərbaycan yığması Avropa kubokunun üçüncü yer uğrunda oyununda Norveçi məğlub edərək, bürünc medalları qazanıb. Turnirin qalibi finalda İsveçrəni məğlub edən İspaniya millisi olub.

Bakıda təşkil olunan Avropa kubokunda Azərbaycan, İspaniya, İsveçrə, İtaliya, İngiltərə və Norveç yığmaları iştirak edib.

Çimərlik futbolu üzrə Azərbaycan yığmasının baş məşqçisi braziliyalı Enrike Qustavo Silvadır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti