...

Gənclərin məşğulluq probleminin həlli Azərbaycan hökumətinin prioritet vəzifələrindən biridir - Heydər Əliyev Fondunun prezidenti (video)

Cəmiyyət Materials 24 Sentyabr 2008 12:44 (UTC +04:00)
Gənclərin məşğulluq probleminin həlli Azərbaycan hökumətinin prioritet vəzifələrindən biridir - Heydər Əliyev Fondunun prezidenti (video)

Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir S.Ağayeva/ Gənclərin məşğulluq probleminin həlli Azərbaycan hökuməti qarşısında duran prioritet vəzifələrdən biridir. Bu barədə çərşənbə günü Bakıda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Dünya Gənclərinin Məşğulluq Sammitində çıxışı zamanı bildirib.

"Hökumət gənclərin maarifləndirilməsi məsələsini gənclərin məşğulluq siyasətinin tərkib hissəsi hesab edir", - deyə Mehriban Əliyeva bildirib.

Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın gənc müstəqil ölkə olduğunu və belə qısa müddət ərzində iqtisadi və siyasi sahələrdə böyük uğurlar əldə etməsinin qürur gətirdiyini bildirib.

Onun sözlərinə görə, ölkədə reallaşdırılan iri iqtisadi layihələr Azərbaycanın regionda lider olmasına imkan yaradıb. Mehriban Əliyeva bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində doğma torpaqlarından qovulan qaçqın və məcburi köçkünlərlə bağlı problem hələ də aktualdır və bu kateqoriyadan olan gənclərin məşğulluq problemi ölkə hökumətinin qarşısında duran əsas məsələdir.

Azərbaycanın birinci xanımı hesab edir ki, gənclərin məşğulluq problemi dövlət və özəl sektorun birgə səyləri nəticəsində həll edilə bilər. "Mən əminəm ki, Bakı sammitində biz gənclərin məşğulluq probleminin həlli yollarını tapacağıq", - deyə Mehriban Əliyeva bildirib.

Dördüncü Dünya Gənclərinin Məşğulluq Sammiti Heydər Əliyev Fondu, Azərbaycanın Gənlər və İdman Nazirliyi və Gənclərin Məşğulluq Sammiti (GMS) tərəfindən təşkil olunub.

Misirin birinci xanımı Syuzanna Mübarək də sammitin işində iştirak edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti