Azərbaycan, Bakı, 27 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" futbol klubu almaniyalı baş məşqçi Hans Yurgentin rəhbərdiyi altında keçirdiyi növbəti oyunda da heç-heçə edib.
Azərbaycan Premyer Liqasının altıncı turu çərçivəsində, Bakıda Salyanın NBC klubu ilə qarşılaşan "Neftçi" oyundan 0:0 hesabı ilə ayrılıb. Bu, "Neftçi"nin ardıcıl ikinci turda qələbə qazana bilmədiyi oyun olub. Bakı komandası əvvəlki turda Tovuzun "Turan" klubu ilə görüşdə də heç- heçə etmişdi. Premyer Liqanın altıncı turunda dünən və bu gün keçirilən digər oyunlar belə nəticələnib:
MOİK - "Xəzər Lənkəran" 0:4;
"Olimpik" - "Standard" 0:0;
"Qarabağ" - "Simurq" 0:2.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]