...

Azərbaycanda "İlham Əliyevin uğurlu ekoloji siyasəti" adlı kitab nəşr edilib

Cəmiyyət Materials 9 Oktyabr 2008 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 oktyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi "İlham Əliyevin uğurlu ekoloji siyasəti" adlı 400 səhifəlik hesabat xarakterli kitab nəşr etdirib. Kitab Azərbaycanın ekoloji durumunun sağlamlaşdırılması və təbii sərvətlərdən səmərəli istifadə olunması sahəsində prezidenti İlham Əliyevin yürütdüyü ekoloji siyasətin reallaşdırılması üzrə görülmüş əsas işlərə həsr olunub.

Kitab 2003-2008-ci illər ərzində Azərbaycan üçün aktual olan ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında, müvafiq dövlət proqramları çərçivəsində həll edilməsi istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən görülmüş tədbirlər, "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"nın icrasını təmin etmək məqsədilə ölkənin gərgin ekoloji vəziyyətdə olan bölgələrinin, əsasən də Bakı şəhəri və Abşeron yarımadasının ətraf mühitinin sağlamlaşdırılması istiqamətində aparılmış işləri əhatə edir.

Hazırda kitab rus və ingilis dillərinə tərcümə olunur və nazirliyin internet səhifəsində də yerləşdiriləcək.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti