Türkiyədə təhsil alan 30 azərbaycanlı tələbəyə təqaüd ayrılacaq

Cəmiyyət Xəbər 10 Oktyabr 2008 12:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr / Trend , müxbir C.Babayeva/ Türkiyənin Kocaeli Universitetində təhsil alan 30 tələbənin maddi çətinliklərinin müəyyən qədər aradan qaldırılması məqsədilə onlara təqaüd ayrılacaq. Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin məlumatına əsasən, bu barədə Universitetin rektoru Sezer Komşuoğlu Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının təşəbbüsü ilə azərbaycanlı tələbələrlə təşkil olunan görüşdə bildirib.

Görüşdə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova, Azərbaycanın İstanbuldakı konsulu Pərviz Məmmədzadə və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar da iştirak edib.

Dündar azərbaycanlı tələbələrə təqaüdün ayrılması məsələsinin həlli üçün federasiyanın ciddi səylər göstərdiyini və bir neçə iş adamından bu sahədə dəstək aldıqlarını bildirib.

Universitetdəki müzakirələrdən sonra Kocaeli valisi Gökhan Sözerlə görüş keçirən nümayəndələr azərbaycanlı tələbələrə yardım məqsədilə təqaüd verilməsi məsələsini vali ilə də razılaşdırıblar.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti