...

Bəhreyn-Azərbaycan oyununu idarə edən hakim qaydalar çərçivəsində vurulmayan qolu qeydə alıb – yığma komandanın məşqçisi

Cəmiyyət Materials 16 Oktyabr 2008 15:15 (UTC +04:00)
Bəhreyn-Azərbaycan oyununu idarə edən hakim qaydalar çərçivəsində vurulmayan qolu qeydə alıb – yığma komandanın məşqçisi

Azərbaycan, Bakı, 16 oktyabr / Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının məşqçiləri Bəhreynlə yoldaşlıq oyununu idarə edən hakimlər briqadasından narazı qalıblar.

"Bəhreynlə oyunumuzu idarə edən, Səudiyyə Ərəbistanından olan hakimlərdən çox narazı qaldıq. Rəqib komanda qapımıza oyundankənar vəziyyətdən qol vursa da, baş hakim bu qolu qeydə aldı. Görüşün hakimi komandamızın müdafiəçisi Rail Məlikovu da haqsız yerə qırmızı vərəqə göstərməklə meydandan qovdu", cümə axşamı Trend -a yığma komandanın məşqçisi Elxan Abdullayev deyib.

Azərbaycanla Bəhreyn arasında oktyabrın 15-də keçirilən yoldaşlıq oyunu 2:1 hesabı ilə Azərbaycan yığmasının xeyrinə başa çatıb.

Oyunun birinci hissəsində görüşün baş hakimi rəqib komandanın futbolçusu ilə mübahisə etdiyi üçün Azərbaycan yığmasının üzvü Rail Məlikovu meydandan qovub.

Abdullayev bildirib ki, Azərbaycan yığması Bəhreynlə görüşdə azlıqda oynamasına baxmayaraq, yaxşı təsir bağışlayıb.

"Bəhreynlə oyunda qələbə qazandığımız üçün çox sevindik. Azərbaycan yığması çoxdan idi ki, qol vura bilmirdi. Komandamızın rəqib meydanında, azlıqda oynamasına baxmayaraq qələbə qazanması xüsusilə qeyd olunmalıdır", - deyə Abdullayev əlavə edib.

Azərbaycan yığmasının baş məşqçisi almaniyalı Berti Foqtsdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti