Azərbaycan, Bakı, 20 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın 15 yaşlılardan ibarət futbol üzrə yığma komandası Almaniyada keçirdiyi yoxlama oyunlarında qələbə qazanıb. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.
Azərbaycan yığması ilk oyununu Almaniyanın məşhur "Bavariya" klubunun 15 yaşlı futbolçulardan ibarət komandasına qarşı keçirərək, 2:1 hesabı ilə qələbə qazanıb.
Azərbaycan millisi Almaniyanın "Münhen-1860" klubunun 15 yaşlılardan ibarət komandası ilə oyunda da qələbə qazanıb - 2:0. "Münhen-1860" klubunun 14 yaşlılardan ibarət komandası Azərbaycan yığmasına daha böyük hesabla məğlub olub - 0:6.
Azərbaycanlı futbolçular Almaniyadakı təlim - məşq toplanışı çərçivəsində, Avstriyanın "Red Bull Zalsburq" klubunun 15 yaşlılardan ibarət komandası ilə də görüşüb və 4:3 hesabı ilə qələbə qazanıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]