...

SSRİ və Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın konsertinə biletlərin sayı məhdudlaşıb

Cəmiyyət Materials 28 Oktyabr 2008 11:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr / Trend Life , müxbir E Hüseynzadə/ SSRİ xalq artisti Zeynəb Xanlarovanın noyabrın 5-6-da Heydər Əliyev adına sarayda keçiriləcək konsertinə biletlərin qurtarması barədə yayılan şayiələr həqiqətəuyğun deyil.

"Zeynəb xanımın konsertinə bilet hələ ki, var, lakin çox azdır, odur ki, tələsin", - deyə Trend Life-a konsertin təşkilatçısı, "Art Community" şirkətinin rəhbəri Elman Sidqiyayev bildirib. Biletlərin dəyəri 40 manatdan 100 manata qədərdir.

Xanlarovanın çıxış proqramına onun həm retro mahnıları, həm də xarici ölkələrdə ifa etdiyi kompozisiyalar, muğamlar və s. daxil olacaq. Xanlarova üç saat ərzində təqribən otuz müxtəlif mahnı ifa edəcəyini vəd verib.

SSRİ və Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın adı Azərbaycanın XX yüzilliyinin musiqi sənəti tarixinə qızıl hərflərlə yazılıb. O, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" və "Əsli və Kərəm" operalarında Leyli və Əsli, Müslüm Maqomayevin "Şah İsmayıl" operasında Ərəb Zəngi və başqa rolları ifa edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti