...

Azərbaycanlı gimnast beynəlxalq turnirdə bürünc medal qazanıb

Cəmiyyət Materials 29 Oktyabr 2008 11:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanlı gimnast Ayişə Mustafayeva Almaniyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb. Bu barədə Trend -a Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidməti məlumat verib.

Almaniyanın Paderborn şəhərində yeniyetmələr arasında keçirilən turnirdə Azərbaycan gimnastı topla hərəkətlərdə Rusiya və Bolqarıstan idmançılarından sonra 3-cü yeri tutub.

Mustafayeva çoxnövçülük yarışında 27 iştirakçı arasında 8-ci olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti