...

"Neftçi"nin almaniyalı baş məşqçisi "İnter"lə oyundan sonra diskotekaya getdiyini etiraf edib

Cəmiyyət Materials 30 Oktyabr 2008 16:11 (UTC +04:00)
"Neftçi"nin almaniyalı baş məşqçisi "İnter"lə oyundan sonra diskotekaya getdiyini etiraf edib

Azərbaycan, Bakı, 30 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" futbol klubunun almaniyalı baş məşqçisi Hans Yurgen Gede "İnter"ə məğlub olduqları oyundan sonra diskotekada əyləndiyini etiraf edib.

Baş məşqçi əvvəlcə bunun "Neftçi"nin MOİK-i 5:0 hesabı ilə məğlub etdiyi oyundan sonra olduğunu desə də, sonradan diskotekaya "İnter"lə görüşdən sonra getdiyini təsdiqləyib.

"Bu mənim şəxsi işimdir", - cümə axşamı Trend Xəbərlər Agentliyində keçirdiyi mətbuat konfransında Gede deyib.

"Neftçi"nin son turda "İnter"ə 1:3 hesabı ilə məğlub olduğu oyundan sonra Gedenin Bakıdakı diskotekalardan birində əylənməsi ilə bağlı söz - söhbət yaranıb.

Almaniyalı məşqçi deyib ki, "Neftçi"dən uzaqlaşdırılan altı futbolçu - Rəşad Sadıqov, Aleksandr Çertoqanov, Georgi Adamiya, Levent Kartop, Rəşad Sadiqov və Elnur Allahverdiyev geri qaytarılmayacaq.

"Bu futbolçuların geri qaytarılması məsələsi qapanıb. Güclü bir komanda yaratmaq istəyirik. Yeni oyunçular axtarırıq", - deyə baş məşqçi əlavə edib.

Gede bildirib ki, o, baş məşqçi vəzifəsindən istefa vermək fikrində deyil.

"Mən "Neftçi"dən niyə getməliyəm ? Burada mənə xoşdur".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti