Azərbaycan, Bakı, 19 noyabr / Trend / Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Albaniya yığmaları arasında yoldaşlıq görüşü keçirilib. Bu oyunda hesab artıq dördüncü dəqiqədə açılıb. Branimir Subaşiç dəqiq zərbə ilə millimizi irəli çıxarıb. Lakin səkkiz dəqiqə sonra qonaqlar Skelanın qolu ilə hesabı bərabərləşdiriblər.
Oyun 1:1 hesabı ilə başa çatıb.
Bu vaxtadək Azərbaycan və Albaniya arasında keçirilən üç oyunun hamısında Balkan təmsilçisi qalib gəlib.