...

AŞ Azərbaycanda xarici radiostansiyaların bağlanmasından narahatdır

Cəmiyyət Materials 2 Dekabr 2008 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr/ Trend / Avropa Şurası Azərbaycanda xarici radiostansiyaların bağlanma mümkünlüyündən narahatdır.

Avropa Şurasının Baş katibi Terri Devis bu məsələni müzakirə etmək və yaranmış vəziyyətdən mümkün çıxış yolları tapmaq üçün Azərbaycan hakimiyyətinin nümayəndələri ilə görüşməyi planlaşdırır.

Azərbaycanın Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli noyabrın əvvəlində bildirib ki, 2008-cu ilin sonunadək Azərbaycan ərazisində "BBC", "Azadlıq" və "Amerikanın Səsi" radiostansiyalarının birbaşa efirdə yayımlanması dayandırılacaq. "Cari ilin sonunda bütün xarici radiostansiyalar Azərbaycanda yayımlandıqları tezliklərdən məhrum ediləcək. Xarici radiostansiyalar peyk, İnternet və kabel şəbəkəsi vasitəlsilə yayımlana bilər", - deyə Məhərrəmli bildirib.

"Ümid edirəm ki, Azərbaycanda söz azadlığının vacibliyini yaxşı dərk edirlər", - deyə çərşənbə axşamı Bakıda jurnalistlərə AŞ-nın Baş katibi bildirib.

ATƏT, AŞ və digər beynəlxalq təşkilatlar, Azərbaycan ərazisində radiostansiyaların bağlanmasına dair qərarı tənqid edib və ölkə rəhbərinə radiostansiyaların bağlanmasına yol verilməməsi xahişi ilə müraciət ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti