...

Futzal üzrə Gürcüstan yığma komandası Bakıya gəlməkdən imtina edib

Cəmiyyət Materials 17 Dekabr 2008 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr/ Trend , müxbir R.Ergün/ Gürcüstanın 21 yaşlı futbolçulardan ibarət yığma komandası (U-21) Bakıya gəlməkdən imtina edib. Bu barədə Trend - a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətindən məlumat verilib.

Mətbuat xidmətindən bildirilib ki, Azərbaycan və Gürcüstan U-21-ləri arasında dekabrın 21 - 22-də keçirilməsi nəzərdə tutulan yoldaşlıq oyunları baş tutmayacaq; qonaq komanda Bakıya gələ bilmir.

Gürcüstan Futzal Federasiyası AFFA-ya göndərdiyi məktubda səfərin təxirə salınmasını texniki səbəblərlə əlaqələndirib.

U-21-in baş məşqçisi Hacıbala Abdullayevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti