...

Azərbaycanın Gəncə şəhərində hərbçi intihar edib

Cəmiyyət Materials 19 Dekabr 2008 12:15 (UTC +04:00)

Azərbaycan, Gəncə, 19 dekabr / Trend , müxbir V.Məmmədov/ Azərbaycanın qərbində (paytaxt Bakıdan 360 km məsafədə) yerləşən Gəncə şəhərində hərbçi intihar edib.

Gəncə şəhər prokurorluğundan cümə günü Trend -a verilən məlumata görə, Gəncənin Sevinc qəsəbəsində yaşayan N saylı hərbi hissənin çasvuşu 30 yaşlı Maqsud Məmmədov cümə axşamı saat 20.30 radələrində yaşadığı evin həyətində özünü asıb.

Faktla bağlı Gəncə şəhər prokuroluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125) maddəsi ilə cinayət işi açılıb.

Hərbçinin intiharının səbəbi hələlik məlum deyil.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti