...

Türkiyə yığmasının və "Qalatasaray" klubunun məşhur futbolçusu Azərbaycanda oynamaq istəyir

Cəmiyyət Materials 14 Yanvar 2009 18:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar/ Trend , müxbir R.Ergün/ Türkiyə yığma komandasının və "Qalatasaray" klubunun məşhur futbolçusu Sərvət Çətin Azərbaycanda oynamaq istəyir.

"Azərbaycanda oynamaq istərdim. Mənim üçün futbolçu karyeramın bundan sonrakı dövrü də önəmlidir. Azərbaycanda oynamağım üçün orda mənə yüksək məbləğdə pul verməlidirlər",  - qol.az saytına türkiyəli futbolçu deyib.

Türkiyə yığma komandası ilə 2008 - ci ildə keçirilən Avropa çempionatının bürünc medalını qazanan futbolçu bildirib ki, Azərbaycan klublarından "Neftçi"nin oyunlarını izləyib.

"Türkiyəli futboilçuların - Suat Usta, Levent Kartop və Əli Cansunun çıxış etdiyi Azərbaycan komandasının bir neçə oyununa baxmışam. Amma bu komandanı Türkiyə klubları ilə müqayisə etmək olmaz. Ümumiyyətlə, Azərbaycan çempionatının səviyyəsi çox aşağıdır.  İnanıram ki, Azərbaycan futbolu da dirçələcək və Avropada uğur qazanacaq", -deyə  Çətin əlavə edib.

"Qalatasaray"ın müdafiəçisi bildirib ki, o, əslən Azərbaycandandır.

"Mən əslən azərbaycanlıyam. Babalarım Türkiyəyə Azərbaycandan gəliblər".

Çətin bildirib ki, hazırda çıxış etdiyi "Qalatasaray" klubu ilə müqaviləsini uzatmaq istəyir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti