...

İbrahimbəyovun kibernetika haqqında kitabını hələ də başa düşə bilmirəm – Azərbaycanın xalq şairi Vaqif Səmədoğlu

Cəmiyyət Materials 2 Fevral 2009 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 fevral/ Trend Life, müxbir Eldar Hüseynzadə /

Azərbaycanın xalq artisti, parlamentari Vaqif Səmədoğlunun kitabxanasında avtoqraf olan 200-dən çox kitab var, lakin onların içərisində ən maraqlısı məşhur dramaturq Rüstəm İbrahimbəyova məxsus kibernetika haqqında kitabdır.

"Mən bu kitabı oxuyuram və heçnə başa düşə bilmirəm, lakin bu kiçik kitabçanı bütün kitabxanamda ən orginal və maraqlı kitab hesab edirəm", - deyə  Trend Life-ın verdiyi xəbərə görə, bazar ertəsi Yazıçılar İttifaqında İbrahimbəyovun 70 illiyinə həsr olunmuş gecədə Səmədoğlu bildirib.

Səmədoğlu xatırladıb ki, xeyli müddət öncə ona tanınmış yazıçı Maqsud İbrahimbəyov yaxınlaşıb və onların ikisinin də kitab yazma dövrünün başa çatdığını bildirib, çünki ədəbiyyata Rüstəm İbrahimbəyov gəlir. Səmədoğlunun bildirdiyinə görə, M.İbrahimbəyov sözlərini sübut etmək üçün ona R.İbrahimbəyovun "Mürəbbəsiz çörək" əsərini uzadıb və bu həqiqətən də ciddi bir şey idi.

R.İbrahimbəyov Azərbaycanın xalq artistidir. İbrahimbəyovun qələmindən 30-dan çox bədii və televiziya filmləri çıxıb. Onların arasında "Bir cənub şəhərində", "Səhranın ağ Günəşi", "Ürək...ürək", "İstintaq", "Ad günü", "Bağlı qapılar arxasında", "Günəşlə sovrulanlar", "Sibir bərbəri" və başqaları var. O, 15 pyes yazıb və onlar dünyanın yüzdən çox ölkəsinin teatrında səhnəyə qoyulub. İbrahimbəyov MDB və Baltik ölkələri Kinomatoqrafçılar İttifaqları Konfederasiyasının sədri,  Rusiya Federası Kinomatoqrafçılar İttifaqının katibi, Moskvada Avropa kinofestivalının sədri, Azərbaycan Kinomotoqrafçılar İttifaqının sədri, Avropa "Feliks" kinoakademiyasının və Amerikanın "Oskar" kinoakademiyasının üzvüvüdür və o, "Günəşlə sovrulanlar" filiminin ssenarsinə görə, 1994-cü ildə bu kinoakademiyanın mükafatına layiq görülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti