...

Azərbaycan klubu ilə müqavilə bağlayan məşhur türkiyəli futbolçu bu gün Bakıya gəlib

Cəmiyyət Materials 4 Fevral 2009 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Xəzər-Lənkəran" klubunun müqavilə bağladığı məşhur türkiyəli futbolçu Ahmet Dursun bu gün Bakıya gəlib. Bu barədə Trend -a "Xəzər-Lənkəran" klubunun mətbuat xidməti məlumat verib.

Türkiyənin "Beşiktaş" klubundakı çıxışı ilə tanınan futbolçu "Xəzər-Lənkəran"la 3 aylıq müqavilə bağlayıb.

"Xəzər-Lənkəran"a Türkiyənin "Kocaelispor" klubundan gələn futbolçu hücumçu mövqeyində çıxış edir.

"Xəzər-Lənkəran"da əvvəllər daha bir tanınmış futbolçu - Oktay Dərəlioğlu çıxış edib.

Hazırda Bakıda olan Dursun tibbi müayinədən keçəndən sonra "Xəzər-Lənkəran"ın təmsil etdiyi Lənkəran şəhərinə gedəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti