Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Simurq" futbol klubu Gürcüstanda keçirdiyi yoxlama oyununda qalib gəlib. Bu barədə Trend -a klubun mətbuat xidmətindən məlumat verilib.
Bu gün Gürcüstanın Qori şəhərinin "Timure Burcanadze" stadionunda keçirilən oyunda "Simurq" "Dila" klubunu 2:1 hesabı ilə məğlub edib. Komandanın qollarını Vladimir Mazyar və Elşən Məmmədov vurub.
"Simurq" fevralın 8-də Gürcüstanın "VİT-Corciya" klubu ilə yoxlama oyunu keçirəcək.
"Simurq"un baş məşqçisi ukraynalı Roman Pokoradır. Hesabında 28 xal olan komanda Azərbaycan Premyer-Liqasının 1-ci dövrəsini 3-cü pillədə başa vurub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]