...

Azərbaycanlı şahmatçı "Aeroflot Open" turnirində ilk qələbəsini qazanıb

Cəmiyyət Materials 19 Fevral 2009 11:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir R.Ergün/ Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Rusiyanın Moskva şəhərində təşkil olunan "Aeroflot Open" turnirində ilk qələbəsini qazanıb. Bu barədə cümə axşamı Trend -a Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidməti məlumat verib.

Məmmədyarov qələbəni turnirin ikinci turu çərçivəsində qarşılaşdığı rusiyalı Nikolay Çadayevlə görüşdə qazanıb. Bu qələbədən sonra azərbaycanlı şahmatçı 1,5 xalla 4-cü yeri tutur.

Məmmədyarov bu gün üçüncü tur çərçivəsində digər rusiyalı şahmatçı Pavel Smirnovla görüşəcək.

Mükafat fondu 180 min avro olan "Aeroflot Open" turniri fevralın 26-da başa çatacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti