...

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi klublardakı həmkarları ilə görüşüb

Cəmiyyət Materials 26 Fevral 2009 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir R.Ergün /

Futbol üzrə Azərbaycan yığma komandasının almaniyalı baş məşqçisi Berti Foqts bu gün klub məşqçiləri ilə görüşüb. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

AFFA-nın inzibati binasında keçirilən görüşdə üç klubun baş məşqçisi - Valentin Xodukin (İnter), Qurban Qurbanov (Qarabağ) və Qyoko Hacievski (Bakı) iştirak edib.

Görüş zamanı klublardakı futbolçuların hazırlıq səviyyəsi ilə bağlı müzakirələr aparılıb.

Foqts Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə 2008-ci ilin aprel ayında təyin olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti