...

Litvada internet saytda erməni terroru haqqında film yerləşdirilib

Cəmiyyət Materials 9 Aprel 2009 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel / Trend , müxbir C.Babayeva /

Litva Respublikasının www.slaptai.lt internet saytında ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım və terror aktlarından bəhs edən "Erməni terroru" sənədli filmi video formasında yerləşdirilib.

Bu təbliğat aksiyası Litva Azərbaycanlıları Cəmiyyətinin təşəbbüsü və bir sıra diaspor təşkilatlarının dəstəyi ilə baş tutub. Filmə http://slaptai.lt/news.php?readmore=1069 linkində baxmaq mümkündür. Bu film bir həftə ərzində həmin saytda nümayiş etdiriləcək. Bu barədə cümə axşamı Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumatda bildirilib.

Film 2003-cü ildə Azərbaycanda hazırlanıb və bu il 31 Mart - azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Vilnüsdə keçirilmiş anım mərasimində nümayiş etdirilib. Sənədli filmin ssenari müəllifi və rejissoru Sevda Həsənovadır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti