...

Azərbaycanın "Xəzər-Lənkəran" klubunun əsas qapıçısı klubda qalmaq qərarı verib

Cəmiyyət Materials 18 Aprel 2009 11:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın "Xəzər-Lənkəran" klubunun əsas qapıçısı Kamran Ağayev klubda qalmaq qərarı verib.

Trend -un məlumatına görə, "Xəzər-Lənkəran"ın rəsmi internet saytının yaydığı məlumata görə, milli komandamızın da şərəfini qoruyan qolkiper ilk öncə klubunu dəyişmək və ilk növbədə, legioner həyatı yaşamaq istəyində israrlıydısa, aprelin 17-də klub prezidenti Mais Mənsimovla görüşdükdən sonra karyerasını "Xəzər-Lənkəran"da davam etdirmək qərarını verib.

Ağayevin Kiyevin Dinamo klubundan təklif aldığı bildirilmişdi.
Hazırda müqavilənin bəzi şərtləri konkretləşdirilir və ən qısa zamanda, Ağayev yeni sənədə imza atacaq.

23 yaşlı qolkiper "Xəzər Lənkəran"ı özünə doğma klub hesab etdiyini bildirib.

"Karyeramın ən uğurlu dönəmlərini "Xəzər Lənkəran"ın heyətində keçirmişəm. Komandamız və azarkeşlərimiz mənə doğmalaşıb. Düzdü, ölkə xaricinə yollanıb, daha səviyyəli çempionatda oynamaq haqda düşünürdüm. Əminəm ki, bu istəyimə görə azarkeşlərimiz məndən inciməz - "böyük çempionat" və ya "böyük klub"da oynamaq hər bir futbolçunun arzusudur. Lakin sonra qərara aldım ki, indi klubu dəyişmək doğru deyil. Hər halda uzun müddətdir zədəliyəm və formada deyiləm. Buna baxmayaraq, "Xəzər Lənkəran" mənə yeni müqavilə təklif etdi və sonda hesab etdim ki, komandada qalmaq ən doğru addımdır. Daha səviyyəli çempionata keçmək imkanımsa hələ olacaq. Gələn mövsümü isə "Xəzər Lənkəran"ın heyətində başlayacam və bundan sonra ilk işim zədəmi müalicə edib komandamıza uğur qazandırmaq, mənə hər zaman dəstək olan azarkeşlərimizi sevindirmək olacaq", - qapıçı əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti