...

Azərbaycanda radikal meylli təriqətlər var -Dövlət Komitəsinin sədri

Cəmiyyət Materials 6 May 2009 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri bildirib ki, ölkədə radikal meylli təriqətlər var.

"Radikal meylli dini təriqətlər kiçik qruplar şəklindədir və Azərbaycan cəmiyyətinə təsir etmək gücündə deyil", - çərşənbə günü parlamentin komitə iclasında "Dini etiqad azadlığı" haqqında qanuna dəyişikliklərlə bağlı müzakirələr zamanı Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib.

"Dini etiqad azadlığı haqqında" qanun 1992-ci ildə qəbul edilib. Qanuna edilən əlavə və dəyişikliklər parlamentin müzakirəsinə çıxarılacaq.

Orucov deyib ki, Azərbaycanda 92 xarici ölkənin tikdirdiyi məscid var. Onlardan 24-ü Türkiyə, 63-ü Küveyt, 3-ü Səudiyyə Ərəbistanı, biri Qatara və biri İrana məxsusdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti