...

Iranda seçki qabağı "Face book " blok olunub

Cəmiyyət Materials 24 May 2009 12:08 (UTC +04:00)

İranda president seçkiləri ərəfəsində "Face book" saytı blok olunub.

Iranın İLNA agentliyinin mayın 24-də verdiyi  məlumata  görə , prezidentliyə namizəd Mir Hüseyn Musəvinin tərəfdarları Face Book- dan istifadə edərək, dəstəklədiyi namizədi təbliğ edirmişlər.

İLNA-nın məlumatına əsasən, Husəvinin 5200 tərəfdarı Face Book-da aktiv təbliğat aparırmışlar.

İranda növbəti prezident seçkiləri iyunun 12-də keçiriləcək. Hazırda dörd namizəd rəqabət aparır: hazırkı prezident Mahmud Əhmədinejad, sabiq Baş nazir Mir Hüseyn Musəvi (Hossein Mousavi), eks-spiker Mehdi Kərrubi və İran İnqilabçılar Korpusunun sabiq rəhbəri Möhsün Rizayi (Mohsen Rezaee)

Xəbər lenti

Xəbər lenti