...

Azərbaycanda gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün bölgələrdə Gənclər Evinin açılması planlaşdırılır - nazir

Cəmiyyət Materials 8 İyul 2009 13:44 (UTC +04:00)
Azərbaycanda gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün bölgələrdə Gənclər Evinin açılması planlaşdırılır - nazir

Azərbaycan, Bərdə, 08 iyul / Trend , muxbir Ş.Cəliloğlu /

Azərbaycanda gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün bölgələrdə Gənclər Evinin açılması planlaşdırılır, Trend -un məlumatına görə, bunu Yevlaxda səfərdə olan gənclər və idman naziri Azad Rəhimov bildirib.

Bu gün gənclər və idman naziri Rəhimov bir qrup deputatın iştirakı ilə Yevlaxda yeni istifadəyə verilən Gənclər Evinin açılışında iştirak edib. Gənclər Evində kompyuter otaqları, kitabxana fəaliyyət göstərir, bilyard, stolüstü tennis, mini futbol oyunları üçün şərait mövcuddur. Gənclər Evi iki mərtəbədən ibarətdir.

Rəhimov bildirib ki, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün artıq respublikada altı Gənclər Evi istifadəyə verilib və bundan sonra respublikanın digər bölgələrində də tikilib istifadəyə verilməsi planlaşdırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti