...

Bəzi beynəlxalq təşkilatların Azərbaycandakı söz və mətbuat azadlıqlarına dair istifadə etdikləri qiymətləndirmə şübhəli assosiasiya yaradır – Prezident Administrasiyasının şöbə müdiri

Cəmiyyət Materials 20 İyul 2009 15:08 (UTC +04:00)
Azərbaycanın Prezident Administrasiyasının şöbə müdiri Azərbaycana söz və mətbuat azadlığının lazım olduğunu deyib.
Bəzi beynəlxalq təşkilatların Azərbaycandakı söz və mətbuat azadlıqlarına dair istifadə etdikləri qiymətləndirmə şübhəli assosiasiya yaradır – Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı 20 iyul / Trend , müxbir  A.Hüseynbala /

Azərbaycanın Prezident Administrasiyasının şöbə müdiri bəzi beynəlxalq təşkilatların Azərbaycandakı söz və mətbuat azadlığına dair bəyanatlarına şübhə ilə yanaşdığını bildirib.

"Azərbaycan üzv olduğu beynəlxalq təşkilatların tövsiyələrini həmişə nəzərə alıb. Lakin təəssüflər olsun ki, bu qurumların yanaşmasında subyektiv mülahizələr əsasında çıxarılmış rəylər üstünlük təşkil edir. Onların istifadə etdikləri qiymətləndirmənin metodologiyası bizdə şübhəli assosiasiya yaradır. Belə rəylərin obyektiv olmadığını qarşı tərəfin diqqətinə çatdırsaq da, bu tipli rəylərin səslənməsi davam edir", - Trend -un məlumatına görə, bazar ertəsi Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov hakim Yeni Azərnbaycan Partiyasının internet saytına bildirib.

Trеnd Nеws-un аrаyışı: Ötən həftə ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti "Reuters" agentliyinə açıqlamasında Azərbaycanda söz və mətbuat azadlığına qarşı təzyiqlərin olması haqda iddialar irəli sürüb.

Azərbaycanda 3300-dən çох kütləvi infоrmаsyiа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 20-dən yuхarı tеlеkаnаl fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KIV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Prezident Administrasiyasının şöbə müdiri Azərbaycana söz və mətbuat azadlığının lazım olduğunu deyib.

"Bu, Azərbaycan dövlətinin seçdiyi yolun mahiyyətini təşkil edir. Biz beynəlxalq təşkilatların da rəylərini nəzərə alırıq, amma öz yolumuzla gedirik", - Həsənov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti