...

Cüdo üzrə dünya çempionatında Azərbaycan yığmasının üzvü bürünc medal qazanıb (ƏLAVƏ OLUNUB-2)

Cəmiyyət Materials 27 Avqust 2009 19:37 (UTC +04:00)
Hollandiya şəhəri Rotterdamda təşkil olunan cüdo üzrə dünya çempionatında Azərbaycan yığmasının üzvü Kifayət Qasımova bürünc medal qazanıb
Cüdo üzrə dünya çempionatında Azərbaycan yığmasının üzvü bürünc medal qazanıb (ƏLAVƏ OLUNUB-2)

Azərbaycan, Bakı, 27 avqust / Trend , müxbir F.Hüseynli /

Hollandiya şəhəri Rotterdamda təşkil olunan cüdo üzrə dünya çempionatında Azərbaycan yığmasının üzvü Kifayət Qasımova bürünc medal qazanıb.

O, yarımfinalda Pekin Olimpiadasının qalibi portuqaliyalı Telma Monteryeyə məğlub olub.

Trend -un məlumatına görə, mübarizəyə birbaşa 1/16 final mərhələsindən qoşulan Qasımovanın ilk rəqibi İrina Zabludina (Rusiya) olub. 26 yaşlı idmançımız çətinlik çəkmədən qələbə qazanıb. Qasımova 1/8 finalda avstriyalı Sabrina Filzmoseri yarışdan kənarlaşdırıb. 1/4 finalda isə Qasımova macar Hedviq Karakası da udub.

Çempionatın ilk günündə yığma üzvlərindən yalnız Sərxan Əhmədov (66 kq) tatamiyə çıxıb. O, ardıcıl iki qələbədən sonra 1/8 finalda uduzaraq mükafatsız qalıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti