Azərbaycanın Milli QHT Forumuna yeni üzvlər qəbul olunub

Cəmiyyət Materials 10 Sentyabr 2009 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir C.Babayeva /

Azərbaycanın Milli QHT Forumuna (MQF) yeni üzvlər qəbul olunub.

MQF-nin İdarə Heyətinin yığıncağında Foruma doqquz yeni QHT (Qadın və Cəmiyyət, Stimul Sosial-İqtisadi İnkişafa Dəstək, Vətəndaş Cəmiyyətinin Fəal Qurucuları, Daşınmaz Əmlaklar üzrə İstehlakçıların Hüquqlarının Müdafiə Mərkəzi, Fəlsəfi Maarifçilik Assosiasiyası, Bacarıqlı Əllər Dünyası, ASİO, Azərbaycan Otel Kompleksləri Assosiasiyası, Sosial İnkişaf Naminə İctimai Birliklər) qəbul olunub. Bu barədə Trend -a cümə axşamı Milli QHT Forumundan məlumat verilib.

Azərbaycanın Milli QHT Forumuna hazırda 524 təşkilat üzvdür. Ölkədə üç mindən çox QHT var.

Yığıncaqda, həmçinin MQF-nin 10 illik yubileyi ilə bağlı tədbirlər, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması, qarşıdan gələn bələdiyyə seçkiləri, MQF sektorlarının yenidən formalaşdırılması və digər məsələlər müzakirə olunub.

MQF-nin 10 illik yubileyi ilə bağlı maliyyə dəstəyinin əldə olunması, bələdiyyə seçkiləri üçün seçki qərargahının yaradılması, sektorların işinin gücləndirilməsi üçün Forumun İdarə Heyətində müvafiq komissiyanın yaradılması qərara alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti