Azərbaycanda həkimi öldürməyə cəhd etməkdə ittiham olunan keçmiş OMON-çunun məhkəməsi başlayıb

Cəmiyyət Materials 11 Sentyabr 2009 11:48 (UTC +04:00)
Azərbaycanda həkimi öldürməyə cəhd etməkdə ittiham olunan keçmiş OMON-çunun məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 11 sentyabr / Trend , müxbir H.Bağırov /

Azərbaycanda həkimi öldürməyə cəhd etməkdə ittiham olunan keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) üzvünün məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, Qaradağ rayonunun Lökbatan qəsəbəsində 19 saylı kliniki xəstəxananda növbətiçi cərrahın otağına qumbara atmaqda ittiham olunan keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) üzvünün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hazırlıq iclası keçirilib.

Sabir Hüseynov Cinayət Məcəlləsinin 29,120.2.4 (ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 228 - ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

İttihama görə, ötən il noyabrın 25-də Bakı sakini, 1969-cu il təvəllüdlü Sabir Hüseynov əl qumbarasını cərrah Rəvayət Mütəllimovun cibinə atıb. Buna, cərrahla Hüseynovun xəstəxanada işləyən həyat yoldaşı və baldızı arasında yaranmış mübahisə səbəb olub.

Müəyyən edilib ki, növbədən çıxan həkim - cərrah Rəvayət Mütəllimov otaqdakı şkafdan köynəyini götürərkən, onun arasında parçaya bükülmüş ağır bir əşyanın olduğunu aşkar edib. Əşyaya baxmaq istərkən qumbara detonatorunun açılmasını bildirən səs eşidib və dərhal onu kənara atıb. Əşyanın partlaması nəticəsində, Rəvayət Mütəllimov və orada olan tibb bacısı Reyhan Pirquliyeva ağır bədən xəsarətləri alıblar. Zərbə dalğasından qapı və pəncərələr sınıb, otaqdakı inventarlar yararsız hala düşüb.

Məhkəmə baxışı sentyabrın 16-na təyin edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti