...

Fəlakət bölgəsində xəsarət alan evlər söküləcək - Türkiyənin Baş naziri

Cəmiyyət Materials 11 Sentyabr 2009 18:16 (UTC +04:00)
Baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş vermiş sel nəticəsində xəsatər alan evlərin söküləcəyini bildirib.
Fəlakət bölgəsində xəsarət alan evlər söküləcək - Türkiyənin Baş naziri

Baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş vermiş sel nəticəsində xəsatər alan evlərin söküləcəyini bildirib. Bu barədə Türkiyənin CNN Türk tekelanalı məlumat verib.

Trend -un arayışı: İstanbulda baş vermiş sel nəticəsində bu günə qədər ölənlərin sayı 30 nəfərə çatıb. Bu barədə Türkiyənin CNN Türk telekanalı məlumat yayıb.

İstanbulda iki gün davam edən güclü yağışlar nəticəsində şəhərə və əhaliyə böyük ziyan dəyib. Yerli hidrometeoroloqların məlumatına görə, Türkiyədə qeyri-sabit hava şəraiti daha bir neçə gün davam edəcək.

Azərbaycanın İstanbuldakı konsulu Səyyad Aran Trend -a ölənlər arasında Azərbaycan vətəndaşlarının olmadığını bildirib.

"Seldən xasarət alan bütün binalar söküləcək və vətəndaşlar buna görə kompensasiya alacaq", - deyə Ərdoğan bildirib.

Xəbər lenti

Xəbər lenti