İsrailin xarici işlər naziri Aviqdor Libermanın Serbiyaya ilk rəsmi səfəri çərçivəsində çərşənbə axşamı hər iki ölkə viza rejiminin ləğvi ilə bağlı sazış imzalamaq niyyətindədir. Libermanın başçılıq etdiyi "Bizim evimiz - İsrail" partiyasının press-relizində deyilir.
Liberman həmçinin Serbiya Prezidenti Boris Tadiçlə və Baş nazir Mirko Svetkoviçlə görüşəcək. Viza rejiminin ləvği barədə saziş Serbiyanın xarici işlər naziri Vuk Yeremiçlə imzalanacaq. Liberman Xorvatiyaya və Çernoqoriyaya da səfər edəcək. İsrailin xarici işlər nazirinin səfəri həftə sonunadək davam edəcək.