...

Estoniyada "Azərbaycan günü" adlı tədbir keçirilib

Cəmiyyət Materials 8 Oktyabr 2009 18:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir A.Hüseynbala/

"Estoniyada "Eston məktəblərində xalqlar həftəsi" layihəsi çərçivəsində "Azərbaycan günü" Tallindəki köhnə şəhər gimnaziyasında keçirilib", - cümə axşamı Trend -a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Tədbirin ideya müəllifi və təşkilatçısı Estoniyadakı Azərbaycan "Həftə sonu" məktəbinin rəhbəri Sərvinaz Kərimova olub. "Azərbaycan günü" tədbiri "Azərbaycan - odlar yurdu!" şüarı altında keçirilib. Tamaşaçıların ümumi rəyinə görə "Azərbaycan günü" layihənin ən rəğbət qazanan hissəsi sayılıb. Gimnaziyanın kollektivi və tədbirə dəvət olunmuş qonaqlar bir gün ərzində məktəbin müxtəlif məkanlarında Azərbaycan həqiqətləri ilə qarşılaşıblar", - məlumatda qeyd edilir.

Tədbirdə təşkil olunan foto sərgidə milli geyimlərimiz, Azərbaycan xalçaları, musiqi alətlərimiz və digər eksponatlar da nümayiş etdirilib. "Konfrans zalında isə Azərbaycan dilində hazırlanmış "Bakı-qədim odun sirri" sənədli filmi eston dilində "qaçan" sətirlərlə göstərilib. Başqa bir zalda Azərbaycanın milli rəqs nümunələri təqdim olunub, burada iştirakçılara milli rəqsimizin əsas elementləri öyrədilib və onların ifasında Azərbaycan milli rəqslərindən parçalar ifa edilib", - məlumatda vurğulanır.

Tədbirin sonunda Azərbaycan mətbəxinin nümunələrindən ibarət yemək süfrəsi təqdim olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti