...

Azərbaycanda valyutadəyişmə məntəqələrinə silahlı basqınlarda ittiham olunan keçmiş poils əməkdaşlarının cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb

Cəmiyyət Materials 23 Oktyabr 2009 17:52 (UTC +04:00)
Təqsirləndirilənlər Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşı Mehdi Əmirəliyev, DİN Şuşa şəhər şöbəsində və BMCMİ-də əməliyyat müvəkkili işləmiş İrac Nəsrullayev və polis əməkdaşları Ceyhun Qarayev, Rauf Rzayev, Seyran Bağırov və İsmayıl Feyziyev dəstə yaradaraq, 1998-2008-ci illərdə valyutadəyişmə məntəqələrinə basqınlar edərək, külli miqdarda maddi vəsait ələ keçirmək üçün cinayətlər törədiblər.
Azərbaycanda valyutadəyişmə məntəqələrinə silahlı basqınlarda ittiham olunan keçmiş poils əməkdaşlarının cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb

Azərbaycan, Bakı, 23 oktyabr / Trend , müxbir H.Bağıov/

Azərbaycanda valyutadəyişmə məntəqələrinə və digər obyektlərə silahlı basqınlarda ittiham olunan dəstənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Təqsirləndirilənlər Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ), Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşı Mehdi Əmirəliyev, DİN Şuşa şəhər şöbəsində və BMCMİ-də əməliyyat müvəkkili işləmiş İrac Nəsrullayev və polis əməkdaşları Ceyhun Qarayev, Rauf Rzayev, Seyran Bağırov və İsmayıl Feyziyev dəstə yaradaraq, 1998-2008-ci illərdə valyutadəyişmə məntəqələrinə basqınlar edərək, külli miqdarda maddi vəsait ələ keçirmək üçün cinayətlər törədiblər. Dəstə Bakının müxtəlif rayonlarında 20-dən artıq belə cinayət törədib.

Trend -un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə cümə günü keçirilən prosesdə prokuror 6 nəfərlik dəstə üzvlərinə məhkəmədən cəza istəyib.

Prokuror təqsirləndirilənlər - Mehdi Əmirəliyev və İrac Nəsrullayevin hər birinə 15 il, İsmayıl Feyziyevlə Ceyhun Qarayevin hərəsinə 14, Rauf Rzayevə 10 və Seyran Bağırova 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsini istəyib.

Təqsirləndirilən şəxslərin vəkilləri çıxış üçün hakimdən vaxt istəyiblər. Onlara noyabrın 4-nə qədər vaxt verilib.

Dəstə üzvləri 2008-ci il sentyabrın 30-da Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

Təqsirləndirilənlər Cinayət Məcəlləsinin 29, 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 180-ci (soyğunçuluq), 217-ci (banditizm), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti