...

İranın Azərbaycandakı səfirinə fəxri doktor adı verilib

Cəmiyyət Materials 4 Noyabr 2009 13:35 (UTC +04:00)
Beynəlxalq Ekoenergetika Akademiyası İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhramiyə fəxri doktor adı verib. Bu barədə çərşənbə günü Trend News-a İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəisi Abbas İskəndəri bildirib.
İranın Azərbaycandakı səfirinə fəxri doktor adı verilib

Azərbaycan, Bakı, 4 noyabr / Trend , müxbir T.Cəfərov/

Beynəlxalq Ekoenergetika Akademiyası İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhramiyə fəxri doktor adı verib. Bu barədə çərşənbə günü Trend -a İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəisi Abbas İskəndəri bildirib.

İskəndərinin sözlərinə görə, İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Baqir Bəhramiyə ekologiya məsələri üzrə elmi işinə və Şapur Zarei yeni fizika nəzəriyyəsinə görə fəxri doktor adı verilib.

Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti Fəğan Əliyev fəxri doktorluq adını təqdim etmə mərasimində bildirib ki, İranda İslam İnqilabından sonra elmin inkişafı inanılmaz dərəcədə yüksəkdir.

"Bu, bizim üçün də fəxredicidir ki, İranın gənc alimləri dünya elmini fəth edir və yeni elmi nəzəriyyələr irəli sürürlər", - deyə Əliyev deyib.

Əliyev bildirib ki, Bəhrami Azərbaycanın X Ekoenergetika Beynəlxalq Konfransına neft enerjisinin ekologiyaya mənfi təsiri və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində yeni elmi nəzəriyyələr haqda məqalə təqdim edib. Bundan başqa Bəhrami ekoloji məsələlərə dair bir neçə məqalə və kitabın müəllifidir.

Onun sözlərinə görə, Şapur Zarei isə fizika elmində cism və hərəkət, sürət və zaman haqda yeni nəzəriyyələrə sahibdir ki, onun nəzəriyyələri dünyanın müxtəlif elmi mərkəzlərində diqqət mərkəzindədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti