...

QİƏT-də Azərbaycanın işğal edilmiş ərazilərində ekoloji terror faktlarının öyrənilməsi üzrə komissiya yaradıla bilər

Cəmiyyət Materials 26 Noyabr 2009 15:42 (UTC +04:00)
Qara Dəniz İqtidsadi Əməkdaşlıq Təşkilatında (QİƏT) Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində ekoloji terror faktlarının öyrənilməsi üzrə komissiya yaradıla bilər.
QİƏT-də Azərbaycanın işğal edilmiş ərazilərində ekoloji terror faktlarının öyrənilməsi üzrə komissiya yaradıla bilər

Azərbaycan, Bakı, 26 noaybr / Trend , müxbir M.Əliyev/

Qara Dəniz İqtidsadi Əməkdaşlıq Təşkilatında (QİƏT) Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində ekoloji terror faktlarının öyrənilməsi üzrə komissiya yaradıla bilər.

Bu məsələ QİƏT daimi komitəsinin Belqradda keçiriləcək iclasında müzakirəyə təqdim oluna bilər, Azərbaycan Parlamentinin deputatı Asəf Hacıyev hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, bu məsələ QİƏT-in Parlament Assambleyasında da müzakirə ediləcək.

Hacıyevin sözlərinə görə, bu günlərdə Azərbaycanın işğal eidlmiş ərazilərində ekoloji terror məsələsi QİƏT-in Moskvada keçirilən 34-cü plenar iclasında qaldırılıb. İclada Azərbaycanın nümayəndə heyəti işğal edilmiş ərazilərdə yanğınlar törədilməsi və Azərbaycan çaylarının ağır tullantılarla çirkləndirilməsinə dair məruzələrlə çıxış ediblər.

Azərbaycanın bu ərazilərinə vurulan ekoloji ziyanın məbləği 200 min dollar səviyyəsində qiymətləndirilir.

Deputat qeyd edib ki, erməni deputatlar əvvəlcə komissiya yaradılması təklifi ilə razılaşsalar da, sonradan müxtəlif bəhanələrlə buna mane olmağa çalışıblar.

QİƏT 1992-ci ildə yaradılıb. Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Moldova, Rusiya, Rumınya, Serbiya, Türkiyə və Ukrayna bu təşkilata daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti