...

Azərbaycanda Əfv Komissiyası müraciətlərə baxır

Cəmiyyət Materials 15 Dekabr 2009 14:54 (UTC +04:00)
Azərbaycanda Prezident yanında Əfv Komissiyasının növbəti iclası keçiriləcək.
Azərbaycanda Əfv Komissiyası müraciətlərə baxır

Azərbaycan, Bakı, 14 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanda Prezident yanında Əfv Komissiyasının növbəti iclası keçiriləcək.

Komissiyanın üzvü, millət vəkili Vaqif Səmədoğlu çərşənbə axşamı Trend -a bildirib ki, sabahkı iclasda daxil olmuş müraciətlərə baxılacaq.

Səmədoğlu komissiya üzvü kimi ona 60-a yaxın müraciətin Komissiyaya təqdim etdiyini deyib.

Əfv Komissiyasının ötən həftə birinci iclası da keçirilib.

1994-cü ildən indiyədək imzalanmış 45 əfv fərmanı ilə 4858 şəxs cəzadan azad edilib. Fərmanların 13-ü İlham Əliyev, 32-si isə mərhum Prezident Heydər Əliyev tərəfindən imzalanıb. İndiyədək imzalanan 8 Amnistiya Aktı 40 min məhkuma şamil olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti