...

Azərbaycanın QHT-lərə Dövlət Dəstəyi Şurasına 480-dən çox layihə təqdim olunub

Cəmiyyət Materials 15 Yanvar 2010 17:59 (UTC +04:00)
"Bu gün saat 17:00-a qədər 2010-cu ilin maliyyə müsabiqəsi üçün Şuraya daxil olan müraciətlərin sayı 482 olub", - cümə günü Trend News-a Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib.
Azərbaycanın QHT-lərə Dövlət Dəstəyi Şurasına 480-dən çox layihə təqdim olunub

Azərbaycan, Bakı, 15 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına 480-dən çox layihə təqdim olunub.

"Bu gün saat 17:00-a qədər 2010-cu ilin maliyyə müsabiqəsi üçün Şuraya daxil olan müraciətlərin sayı 482 olub", - cümə günü Trend -a Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib.

Trend -un arayışı: Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası ötən il dekabrın əvvəllərində 2010-cu il üçün QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib.

Layihələr 7 əsas istiqamət olmaqla, 22 mövzu üzrə təqdim edilib. İstiqamətlər üzrə ümumilikdə 903 min manat vəsait ayrılıb.

Layihələr 2009-cu il dekabrın 8-dən 2010-cu il yanvarın 15-dək təqdim edilməli idi. Müsabiqənin nəticələri 2010-cu il martın 10-dan sonra elan ediləcək.

Növbəti müsabiqə 2010-cu ilin aprel ayında elan olunacaq. Şura bu il 4 müsabiqə elan etməyi planlaşdırır. Yalnız Şura tərəfindən maliyyələşdirilən müsabiqələrə isə ümumilikdə 2 milyon 63 min manat vəsait ayrılacaq.

Qurbanovun sözlərinə görə, layihələrin təqdim olunma vaxtı bu gün saat 17:00-da başa çatıb. "Amma bu vaxtın bitdiyi ərəfədə Şuranın ofisinə bir neçə QHT nümayəndəsi layihə ilə müraciət edib. Təbii ki, onlar vaxt bitməzdən əvvəl gəldiklərindən biz həmin layihələri də qəbul edəcəyik", - icraçı direktor əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti