...

Azərbaycanın "Neftçi" futbol klubu 4 yeni oyunçunun transferini təsdiq edib

Cəmiyyət Materials 1 Fevral 2010 18:20 (UTC +04:00)
"Neftçi" futbol klubu 4 oyunçunun transferini təsdiq edib. Bunu "Neftçi" futbol klubunun vitse-prezidenti Tahir Süleymanov yeni legioner tərkibinin təqdim edilməsi münasibətilə TREND beynəlxalq mətbuat mərkəzində təşkil edilən mətbuat konfransında deyib.
Azərbaycanın "Neftçi" futbol klubu 4 yeni oyunçunun transferini təsdiq edib

Azərbaycan, Bakı, 01 fevral / Trend , müxbir F.Hüseynli/

"Neftçi" futbol klubu 4 oyunçunun transferini təsdiq edib. Bunu "Neftçi" futbol klubunun vitse-prezidenti Tahir Süleymanov yeni legioner tərkibinin təqdim edilməsi münasibətilə TREND beynəlxalq mətbuat mərkəzində təşkil edilən mətbuat konfransında deyib.

Süleymanovun sözlərinə görə, fevralın 3-də "Qarabağ" FK ilə keçiriləcək oyunda "Neftçi" 4 yeni oyunçu ilə çıxış edəcək. Bunlar Azərbaycanda tanınmış futbolçu, milli komandaya iddialı, əvvəllər "İnter" FK-nın tərkibində oynayan Cavid Hüseynov, estoniyalı Vladimir Voskoboynikov, Moldova Milli Liqasının oyunçusu Sergey Alekseyev və əvvəllər Gürcüstanın "Olimp" FK-nın tərkibində oynamış Valeri Abramidzedir.

Cavid Hüseynov 11, Voskoboynikov 14, Abramidze 44, Alekseyev 28 nömrəli forma ilə oynayacaqlar.

Süleymanovun sözlərinə görə, bu gün "Neftçi" istənilən oyunçunu istənilən məbləğə transfer edə bilər. "Neftçi" FK Avroliqa qrupuna düşmək üçün çalışır və bu istiqamətdə ciddi işlər görülür.

"Qarşıdan gələn mövsümdə oyunçular meydana yeni formada çıxacaqlar. Formaların dizaynı hələ hazırlanır", - o deyib.

Xəbər lenti

Xəbər lenti